Barselonada yanğın səbəbindən 22 min insan təxliyə olundu

  • By admin
  • 30 İyul 2017 07:14

barsaaa

İspaniyanın Barselona şəhərində keçirilən musiqi festivalı zamanı yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, Evening Standart nəşrinin yaydığı məlumata görə, yanğın Tomorrowland Unite festivalının əsas səhnəsində amerikalı dicey Stiv Aokinin çıxışına bir neçə dəqiqə qalmış başlayıb. Qatı tüstüyə bürünmüş ərazidən 22 min nəfərə yaxın insanı təxliyə edilib.

Nəşrin yazdığına görə, təxliyə sakit şəraitdə keçib, insident zamanı xəsarət alan olmayıb. Yanğına atəşfəşanlıq zamanı səhnəyə düşən fişəngin səbəb olduğu bildirilir. Səhnə başdan-başa yanıb.

Gununsesi.info