“Barselona”da yeni müqavilə

  • By admin
  • 17 Oktyabr 2016 19:44

b

 

HTML tutorial

“Barselona” daha bir aparıcı futbolçusu ilə müqaviləni yeniləyib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu gün argentinalı müdafiəçi Xavyer Maskerano ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2010-cu ildə “Liverpul”dan transfer olunub. O, bu müddət ərzində Kataloniya klubu ilə 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə kuboku, 2 dəfə superkubok, 2 dəfə isə Çempionlar Liqasını qazanıb.

Braziliyalı hücumçu Neymar isə Kataloniya klubu ilə oktyabrın 21-də müqavilə imzalayacaq. Onun yeni müqaviləsi 2021-ci ilə qədər olacaq.

Gununsesi.info