
İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Ronald Arauxo dekabra qədər yaşıl meydanlardan uzaq qalacaq.
Gununsesi.info “AS” nəşrinə istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü Amerika kubokunun 1/4 finalında Braziliya ilə matçda zədə aldığı üçün dizindən əməliyyat olunub.
Qeyd edək ki, Arauxo milli komandanın heyətində daha əvvəl də zədə almışdı. Ona 2022-ci ildə İranla yoldaşlıq oyunundan sonra vətərinin qopması diaqnozu qoyulmuşdu.
Gununsesi.info