“Barselona”nın futbolçusu Fransa klubuna keçdi

  • By admin
  • 03 Fevral 2021 10:05

“Barselona” müdafiəçisi Jan-Kler Todibonu Fransa təmsilçisi “Nitsa”ya icarəyə verib.

Gununsesi.info xəbər verir ki, 21 yaşlı futbolçu I Liqa klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Gənc oyunçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliya təmsilçisi “Benfika”da keçirib. Fransalı futbolçu 2019-cu ilin yayında “Tuluza”dan “Barselona”ya transfer olmuşdu.

Gununsesi.info