“Barselona”nın futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 14 Avqust 2020 22:13

İspaniya “Barselona”sının futbolçusu Samuel Umtitinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Gununsesi.info-nun klubun rəsmi saytına istinadən xəbər verir ki, xəstəliyi simptomsuz keçirən fransalı müdafiəçi dərhal evində karantinə alınıb.

Kataloniya təmsilçisinin məsələ ilə bağlı UEFA-nı məlumatlandırdığı və oyunçu ilə yaxın ünsiyyətdə olan hər kəsdən analiz götürüldüyü bildirilib.

Qeyd edək ki, S.Umtiti zədə səbəbindən komandasının UEFA Çempionlar Liqasının 1/4 finalmərhələsinin Almaniya “Bavariya”sı ilə bugünkü matçı üçün Portuqaliyanın paytaxtı Lissabona yollanmayıb.

Gununsesi.info