“Barselona”nın sabiq futbolçusu həbs edildi

  • By admin
  • 10 Oktyabr 2017 22:20

59dcd13a2b3a7e0a74000022
2001-2005-ci illərdə “Barselona”da çıxış etmiş braziliyalı futbolçu Fabio Roşembak xoruz döyüşdürdüyü üçün həbs olunub.

Gununsesi.info xəbər verir ki, polislər 35 yaşlı sabiq futbolçunun 89 xoruzunu da müsadirə edib. Xoruzların ümumi dəyərinin 30 min avro olduğu bildirilir.

Qeyd edək ki, Roşembak karyerası ərzində “Barselona”, Lissabon “Sportinq”i, “Midlsbro” kimi klublarda oynayıb. 7 dəfə Braziliya millisində də forma geyinmiş futbolçu, 2014-cü ildə karyerasını bitirib.

Gununsesi.info