“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi

  • By admin
  • 26 İyun 2020 22:57

Portuqaliyanın “Sportinq” klubunda forma geyinən Jeremi Matye karyerasını bitirib.

Gununsesi.org xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 36 yaşlı müdafiəçinin karyerasını bitirdiyi bildirilib.

2017-ci ildən “Sportinq”də forma geyinən Matyenin müqaviləsi iyunun sonuna qədər idi. Fransız müdafiəçi sol dizindən ciddi zədə aldıqdan sonra kareyasını bitirməyə qərar verib.

Matye karyerası ərzində “Soşo”, “Tuluza”, “Valensiya” və “Barselona”da da çıxış edib. Müdafiəçi 5 dəfə də Fransa milli komandasının formasını geyinib.

 

 

Gununsesi.org