“Barselona”nın yetirməsi “Sabah”da

  • By admin
  • 08 Avqust 2021 19:03

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Gununsesi.info klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla 3 illik müqavilə bağlanıb.

 

“Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qatar” (2020/21) klublarında çıxış edib.

 

Kristian “Sabah”da 11 nömrəli formada çıxış edəcək.

Gununsesi.info