Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

  • By admin
  • 16 Mart 2018 11:18

 

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Gununsesi.info xəbər verir ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 133 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Baş Ələt stansiyasının cüt boğazlarında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Gununsesi.info