Baş ağrısı ilə xəstəxanaya gedən qadın həyatının şokunu yaşadı – FOTO

  • By admin
  • 26 Dekabr 2023 12:31

ABŞ-də qəribə hadisə baş verib.

Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin Luiziana ştatında yaşayan 60 yaşlı qadın Kim Denicola şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edib. O, gözləmə zalında yuxuya gedib. Qadın ayıldıqda yaddaşını itirib.

30 il əvvələ qayıdan qadın kompüterin kəşfini, yeni ixtiraları, hökümət başçılarını xatırlamayıb.

Həkimlər ona amneziya diaqnozu qoyub və bildiriblər ki, sağalmaq imkanı yox dərəcəsindədir.

Gununsesi.info