
Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub. Gununsesi.info xəbər verir ki, Daxili İşlər Naziri(DİN) Ramil Usubovun əmrinə əsasən polis polkovniki Əkbər İsmayılov Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Ə.İsmayılov bu təyinata qədər Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, DİN-in Baş Cinayət Axtarış İdarəsinin əvvəlki rəisi polis general-mayoru Emin Şəkinski olub. O, keçən həftə vəzifəsindən azad edilərək DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub. (Report.az)