Xatırladaq ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. Hələlik qətli törədən şəxs və ya şəxslər məlum deyil.
Gununsesi.info qətl hadisəsi törədildiyi ərazinin görüntülərini təqdim edir: