Baş katib: “NATO Gürcüstan üçün yeni dəstək paketi qəbul edəcək”

“NATO Madrid sammitində Gürcüstana dəstəyin genişləndirilməsini elan edəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

“Biz tərəfdaşlarımız – Gürcüstan, Bosniya və Hersoqovina, Moldova, həmçinin Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul edəcəyik”, – o bildirib.

Qeyd edək ki, Madrid sammiti 28-30 iyun tarixində keçiriləcək. Toplantıda Alyansın yeni strateji konsepsiyasının qəbul ediləcəyi gözlənilir.

Sammitdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirak edəcək. O, bu gün bildirib ki, sammitdə Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi nailiyyətlərin tanınacağına ümid edir.

Gununsesi.info