Gununsesi.info Lent.az-a istinadən bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, çempionatda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun 2 idmançısı baş leytenant Ruslan Lunev və Nigar Nəsirova təmsil edirlər.
Yarışların tapançadan 25 metr məsafədən atış növündə iştirak edən təmsilçimiz Ruslan Lunev Estoniya və Çindən olan rəqiblərini üstələyərək qızıl medala layiq görülüb və dünya çempionu adını qazanıb.













