Baş məşqçi dava saldı- BUTULKANI QAPIÇININ BAŞINA ÇIRPDI

Baş məşqçi dava saldı

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən “Mançester Yunayted” – “Mançester Siti” oyunundan (1:2) sonra qalmaqal baş verib. 
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qalmaqalın mərkəzində MY-nin baş məşqçisi Joze Mourinyo durub. “Mançester Siti”nin futbolçuları qarşılaşmadan sonra qələbəni çılğınlıqla qeyd ediblər. Bu da Mourinyonun xoşuna gəlməyib.
O, “Mançester Siti”nin paltardəyişmə otağına gələrək, futbolçulardan sakitləşməyi tələb edib. Onun bu tələbi mübahisəyə çevrilib. Əsəblərini cilovlaya bilməyən Mourinyo əlindəki su butulkasını MS-nin qapıçısı Edersonun başına çırpıb.
Dava-dalaşda “şəhərlilər”in köməkçi məşqçisi Mikel Arteta da xəsarət alıb. Onun qaşı partlayıb.

Gununsesi.info

COMMENTS