Baş məşqçi:  "İlk qələbəmizi qazanmağa çalışacağıq"

  • By admin
  • 24 İyun 2017 18:49

azerbaycan_millisi
Oyunu xeyrimizə dəyişmək üçün bir neçə dəfə imkanımız oldu. Bu, xüsusilə ikinci və üçüncü setlərə təsadüf etdi. Lakin bu şansdan istifadə edə bilmədik.

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

Gənc mütəxəssis komandasının Avropa Liqasının IV turunda Albaniya ilə oyununu şərh edib. O bildirib ki, bu rəqibə ikinci matçda da uduzmalarında səhvləri rol oynayıb: “Birinci hissədə etdiyimiz səhvlər növbəti hissələrdə əleyhimizə işlədi. Amma bunu unudub, növbəti matçlarda ilk qələbəmizi qazanmağa çalışacağıq”.

Qeyd edək ki, albanlar yığmamıza 3:0 (25:16, 25:22, 32:30) hesabı ilə qalib gəliblər.

Gununsesi.info