Baş məşqçinin şəxsi təyyarəsində axtarış aparılıb- KATALONİYANIN MÜSTƏQİLLİYİNİ DƏSTƏKLƏDİYİ ÜÇÜN

Baş məşqçinin şəxsi təyyarəsində axtarış aparılıb

İspaniya polisi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb.

Gununsesi.info xəbər verir ki, onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu axtarıblar.

Belə ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gələn Qvardiolanın təyyarəsində axtarış isə ispan məşqçini olduqca məyus edib.

Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və Puçdemonu dəstəklədiyini bildirmişdi.

Gununsesi.info

COMMENTS