Baş Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır- FOTOLAR

Baş Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Baş Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Qeyd edək ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 124 yoldəyişən yenisi ilə əvəz olunub.

Sabah Baş Mingəçevir stansiyasının tək boğazlarında mövcud olan 4 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanacaq. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirəcək.

Gununsesi.info

COMMENTS