2024-cü ilin aprel ayında Naxçıvan MR-nın səhiyyə naziri Samiq Sadıxov tərəfindən işə qəbul edilmiş Kəngərli rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Vüsal Həsənov sınaq müddəti bitməmiş 84.000 manat məbləği mənimsəyib.
Gununsesi.info-ya bu barədə məlumatlı mənbədən informasiya daxil olub.
Qeyd olunur ki, mənimsəmə faktı Hesablama Palatasının sözügedən qurumda apardığı təftiş zamanı ortaya çıxıb.
Mənbə bildirir ki, hazırda bu barədə Kəngərli rayon prokurorluğunda araşdırma aparılır.
Elmar
Guninsesi.info