Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Nardaran hadisələri ilə bağlı məhkəmədə ifadə verdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Nardaran hadisələri ilə bağlı məhkəmədə ifadə verdi

meh

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxfi şöbəsinin rəisi Elman Bayramov ifadə verib. Bildirib ki, hadisə baş verən gün idarədə müşavirə keçirilib. Müşavirədə Nardaranda həmin evdə əməliyyat keçirilməsinə qərar verilib:

“Taleh Bağırovgilə kimsə məlumat vermişdi ki, polislər gələcək. Onlar orada pusqu qurmuşdular. Rəhmətə gedən polislər darvazadan girdilər. Sonra qumbara səsi eşitdik. Biz qumbara ilə silahlanmamışdıq. Talehi mən tutdum. O heç bir təzyiq göstərmədi”.

Daha sonra prokurorlar ondan əməliyyatın keçirilməsinə hansı zərurətin olması, saxlanılan şəxslərə təzyiq göstərilib-göstərilməməsini soruşublar. Şahid bildirib ki, onlara kənddə silahların olması barədə məlumat verilib, əməliyyat buna görə keçirilib.

O, saxlanılan şəxslərə təzyiq edilmədiyini bildirib.

Vəkillərin sualına cavab verən E. Bayramov hər hansı zərər çəkmədiyini də deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Gununsesi.info

 

COMMENTS