Türkiyədə hərbi çevrilişə cəhd zamanı baş nazir Binəli Yıldırım silahlı hücuma məruz qalıb. Gununsesi.info-nun məlumatına görə, bunu daxili işlər naziri Efkan Ala deyib. 24 TV-yə müsahibə verən Türkiyə daxili işlər naziri Efkan Ala 15 iyul hadisələr zamanı qiymaçıların baş nazir Binəli Yıldırımın da maşınına güllə açdığını deyib: “Qiyamçılar baş nazir Binəli Yıldırımın da maşınını gülləyə tutublar”. NTV isə xəbər verir ki, iyulun 15-də qiyamın başladığı zaman baş nazir İstanbulda idi və həmən Ankaraya dönməyi qərara alıb. Hava limanı istiqamətində vəziyyət gərgin olduğundan baş nazir korteclə avtomobillə Ankara istiqamətinə yol alıb. Baş nazir Ankaraya gedərkən atışmların güclənməsi nəticəsində yolunu dəyişərək, Ankaraya deyil, Kastamonuya getməyi qərara alıb. Baş nazir Kastamonu da olmasına baxmayaraq mütəmadi olaraq Ankaradakı vəziyyətlə maraqlanıb. Elə Baş nazirin maşını da Kastamonu yaxınlığında güllə-barana tuş gəlib. Belə ki, baş nazirin kortecinin arxasınca gələn Jandarma polisi tərəfindən atəş tutulub. Təcili olaraq hadisə yerindən uzaqlaşdrlıan baş nazir təhlükəsizlik tədbirlərinin alınması məqsədi ilə yaxnlıqdakı qəsəblərin birində bələdiyyə sədrinin evində saxlayıblar. Baş nazir bələdiyyə sədrinin evini qərargaha çevirərək bütün gecə boyu Ankaradakı vəziyyəti bu evdən idarə edib. Baş nazir ancaq 12 saatdan sonra Ankaraya dönə bilib.
Gununsesi.info