Mayın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrk “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın alt İşçi Qruplarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Gununsesi.info xəbər verir ki bu barədə Nazirlər Kabinetindən (NK) Modern.az-a verilən məlumatda bildirilib.
İclasda “2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra vəziyyəti, alt işçi qrupları tərəfindən görülən işlər və təqdim edilən alt-məqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.