Baş nazir ABŞ-ın dövlət katibini evində qonaq etdi – FOTO

  • By admin
  • 07 Yanvar 2024 11:12

ABŞ dövlət katibi Antoni Blinken Türkiyə, Yunanıstan, İordaniya, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən regional turu çərçivəsində Krit adasına səfər edib.

Gununsesi.info xəbər verir ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Blinkeni Xaniya əyalətindəki evində qonaq edib.

“ABŞ və Yunanıstan arasında münasibətlərin daha güclü olduğu vaxtları xatırlamıram. Bu, əlbəttə ki, xalqımız arasındakı sıx münasibətdən gedir, lakin bu, həm də liderlər və xüsusilə sizin rəhbərliyinizlə bağlıdır”, – Blinken yunan baş nazirlə təkbətək görüşdən əvvəl deyib.

Yunanıstan və ABŞ-ın Ukrayna, Yaxın Şərq və Qəzza kimi mövzularda sıx əməkdaşlıq etdiyinə diqqət çəkən Blinken, Afina ilə danışacaqları bir çox mövzunun olduğunu bildirib.

Gununsesi.info