Baş nazir: “Gürcüstanda vəziyyət çətindir”

  • By admin
  • 26 Noyabr 2020 16:44

“Gürcüstanda vəziyyət asan deyil, çətindir, lakin idarəolunandır”.

Gununsesi.org-un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxariya brifinqdə deyib.

Onun sözlərinə görə, sentyabrda siyasi proseslərə görə pandemiyanın idarə edilməsində bəzi güzəştlərə gedilib: “İndi əsas vəzifə Gürcüstanı epidemioloji vəziyyət baxımından avqusta qədər olan səviyyəyə qaytarmaqdır. O zaman ölkə həmin dövr üçün epidemiya ilə mübarizə nöqteyi-nəzərindən ən yaxşı ölkələrdən biri idi”.

Gununsesi.org