Baş nazir Kraliçadan nə xahiş etməyə hazırlaşır?

  • By admin
  • 03 May 2017 07:33

terezamay

Britaniyanın baş naziri  Tereza Mey Kraliça II Yelizavetadan ümummilli seçkilər ərəfəsində  parlamentin buraxılmasını xahiş edəcək.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Britaniya qanunvericilinə əsasən, seçkilərə 25 iş günü qalmış parlament buraxılır.

Seçkilər iyunun 8- nə təyin edildiyindən, parlamentin buraxılması da mayın 3-də 00.00-dan  başlanacaq.

Gununsesi.info