Yeni Zelandiyanın yeni baş naziri Kristofer Luxon məktəblərdə mobil telefonlardan istifadəni qadağan etməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, Yeni Zelandiya baş nazirinin müvafiq təşəbbüsü onun elan etdiyi 49 bənddən ibarət 100 günlük proqram çərçivəsində nəzərdə tutulub.
Hökumətin təhsil sektorunda atmağı planlaşdırdığı addımlar sırasında məktəblərdə mobil telefondan istifadəyə qadağa, gündə bir saat oxuma, yazı və riyaziyyat fənlərinin icbari dərslərinin tətbiqi də var.
Bundan başqa, yeni hökumətin fəaliyyət planında Mərkəzi Bankın səlahiyyətlərinin daraldılması, onun diqqətinin yalnız inflyasiyanın nəzarətdə saxlanmasına yönəldilməsi nəzərdə tutulur.
Yeni baş nazir həmçinin 2022-ci ildə əvvəlki hökumət tərəfindən təsdiq edilmiş tütün məhsullarına qoyulan məhdudiyyətləri ləğv etməyi planlaşdırır.
İlk 100 günlük fəaliyyət planı həmçinin bərpa olunan enerji istehsalının iki dəfə artırılmasını tələb edir.
Gununsesi.info