Türkiyənin baş naziri Binəli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı məsələyə bir daha aydınlıq gətirib.
Gununsesi.info “haberturk”-ə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım Kamal Kılıcdaroğlunun Konstitusiyaya dəyişikliklə bağlı mövqeyinə sərt təpki göstərərək deyib ki, Türkiyənin rejimi bəlli, Cümhuriyət: “ 1923-cü ildə istiqlal əldə edərək rejimin adını dəyişərək Cümhuriyət qoyduq. Bu artıq tarixdə qaldı və o məsələ 1923-cü ildə bitdi. İndi isə istiqlalımızı daha da möhkəmlətmək məqsədi ilə hökumət sistemində islahatlar aparırıq. Bunu adı prezidentlik üsul-idarəsidir və biz bu institutun tətbiqini istəyirik. Nöqtə”.
Gununsesi.info