Estoniyanın və bütün dünyanın narahatlığını bir sözlə ifadə etmək olar: “müharibə”.
Gununsesi.info xəbər verir ki, bu barədə Estoniya Respublikasının 106-cı ildönümünə həsr olunmuş tədbirdə ölkənin baş naziri Kaja Kallas bildirib.
“Təəssüf ki, dünya təkcə parlaq anlardan ibarət deyil və həm Estoniyada, həm də bütün dünyada çoxlu problemlər var. Ümumiyyətlə, bizim və bütün dünyanın narahatlığını bir sözlə ifadə etmək olar: “müharibə”, – deyə o bildirib.
Kallasın sözlərinə görə, münaqişənin uzadılması Rusiyanın maraqlarına xidmət edir və Ukrayna tərəfdarları arasında münaqişə yorğunluğu yayılır və bu, həm siyasətçilər, həm də müxtəlif ölkələrin əhalisi arasında nəzərə çarpır.
Kallas xatırladıb ki, münaqişə başlayandan bəri Ukrayna prezidenti Qərb ölkələrindən, o cümlədən Estoniyadan yardım, dəstək və həmrəylik istəyir.
“O, bizdən qan tökməyimizi və ya həyatımızı riskə atmağımızı istəmədi. O, bizdən xahiş edir ki, bəzi rahatlığımızdan əl çəkməyə hazır olaq. Bizim xoşagəlməz qonşumuz var, lakin biz məqsədyönlü şəkildə çalışırıq ki, o, heç vaxt bizi narahat etməyə cəsarət etməsin. Biz nə edilməli olduğunu aydın bilirik və bunu edirik”, – deyə hökumət başçısı yekunlaşdırıb.
Gununsesi.info