Baş nazir müsəlman dünyasına: “Düşmənçilikdən uzaq olmalıyıq”

  • By admin
  • 03 İyun 2016 14:48

Binali Sheyx

Binəli Yıldırımdan müsəlman dünyasına mesaj: “Qardaşlığımız möhkəmlətməli, düşmənçilikdən uzaq olmalıyıq”

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin yeni baş naziri Binəli Yıldırım bu gün Bakıda Əjdərbəy məscidində (Göy məscid) Cümə zamanından sonra vətəndaşlarl görüşündə deyib. Binəli Yıldırım məsciddə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadə ilə də görüşüb. Baş nazir deyib ki, Türkiyə və Azərbaycan bir millət – iki dövlət prinsipində fəaliyyət göstərir. “Bizim sevincimiz də, acımız da taleyimiz də birdir. Mən burada özümü öz evimdəki kimi hiss edirərm”, – deyə baş nazir vurğulayıb. Baş nazir onu da əlavə edib ki, müsəlman dünyası Ramazan bayramı ərəfəsindədir : “Ramazan isə xoşgörü bir aydır və bu ayda insanlar özlərini bağışlatdıraraq axirətdə Cəhənnəm odundan xilas edə bilərlər. Bu müqəddəs ay olduğundan bu ayda qardaşlığımız daha da möhkəmlətməli və düşmənşilikdən uzaq olmalıyıq. Qoy ramazan hamıya xeyir gətirsin. Qoy Uca rəbbimiz öz torapqlarından didərgin düşən məcburi köçkünlərə də öz Yurdlarına dönməyi nəsib etsin”.