Baş nazir nazirləri və komitə sədrlərini cəzalandırdı

  • By admin
  • 12 Mart 2018 17:39
 Baş nazir işlərini yerinə yetirə bilmədiyinə və büdcə xərclərinin səmərəli xərcləmədiyinə görə  nazirlərə, komitə və agentlik rəhbərlərinə ciddi xəbərdarlıq etməklə onlara şiddtəli töhmət verib və fəaliyyətlərini kəskin tənqid edib.
Gununsesi. info  24 kg-yə istinadən xəbər verir ki. Qırğızstanın baş naziri  Sapar İsakov  təhsil naziri Gülmirə Kudayberdiyevaya,   kənd təsərrüfatı, qida, sənaye və melorasiya  naziri  Nurbek Muraşevə, iqtisadiyyat naziri Artyom Novikova fəaliyyətlərindəki nöqsanlara görə onlara şiddtəli töhmət verib.
Səhiyyə naziri Talantbek Batıraliyev, maliyyə naziri Adılbek Qasımaliyev,  sənaye və energetika dövlət komitəsinin sədri Ulanbek Rıskulov,  ətraf mühitin mühafizəsi  dövlət agentlyinin rəhbəri  Abdıkalık Rustamov,  arxitektura tikinti və mənzil-kommunal agentliyinin rəhbəri  Baktıbek Abfdiyev də  dövlət büdcəsinin səmərəli istifadə edə bilmədiklərindən şiddətli töhmət alıb.
Ədliyyə naziri Uran Əhmədov isə fəaliyyətində nizam-intizamı pozduğuna   töhmət alıb.
Gununsesi.info