Baş nazir ona sual verən jurnalisti kameralar önündə itələdi – VİDEO

  • By admin
  • 20 Mart 2024 16:30

Albaniyanın baş naziri Edi Rama ona sual verən qadın jurnalisti kameralar qarşısında itələyib.

Gununsesi.info xəbər verir ki, Rama hadisədən sonra verdiyi açıqlamada üzr istəməkdən imtina edib və bunun aqressiv davranış olmadığını və bütün suallarına səbrlə cavab verildiyini bildirib.

Albaniyanın “Syri TV” telekanalında çalışan müxbir Ambrozia Meta hadisədən sonra verdiyi açıqlamada Sazan adasındakı investisiya layihəsi ilə bağlı baş nazirə sual ünvanladığını bildirib.

“Mən ona “Bir daha mənə toxunma” dedim, bu qədər. Baş nazir ictimaiyyəti maraqlandıran məsələlərdən danışarkən özünə hakim ola bilmədiyi üçün təəssüflənirəm. Baş nazir Rama indi jurnalistlərə münasibətini fiziki təmasda göstərir”, – jurnalist bildirib.

Gununsesi.info