Macarıstanın Baş naziri Viktor Orban İsveçin NATO-ya üzvlüyü ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ölkəsinin İsveçin üzvlüyünü təsdiqləməkdə tələsmədiyini bildirən Orban macarların haqları ilə bağlı qanunlar qəbul edilməyəcəyi dəqdirdə, Ukraynayı heç bir mövzuda dəstəklməyəcəklərini bildirib.
Orban Macarıstan Parlamentindəki çıxışında İsveçin NATO-ya üzvlüyünün təsdiqlənmə prosesinin uzanacağına işarə edib.
Baş nazir Ukraynadakı macarların haqlarından da danışıb:
“Ukrayna uzun illərdir ki, macar məktəblərinə qarşı çıxır. Bunları Ukrayna məktəvlərinə çevirmək, uğursuz olacağı durumda isə qapatmaq istəyirlər. Macarıstan hökuməti Zakarpatiya macarlarının haqları, milli azlıqda olan uşaqların haqları üçün hər beynəlxalq toplantıda mübarizə aparır. Zakarpatiya və macarların haqları ilə bağlı daha öncəki qanunlar işə salınmayacağı durumda, beynəlxalq arenada Ukraynaya heç bir şərtlə dəstək verməyəcəyik”.
Viktor Orban İsveçin NATO-ya üzvlüyü ilə bağlı təcili bir halın olmadığını söyləyib.
Xatırladaq ki, 2022-ci ilin iyulundan bəri Macarıstan Parlamentində təsdiqləmə prosesi gözlədilməkdədir. Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyib.
Tərcümə: Arzu