

Polşa baş naziri Beata Şidlonun avtomobil korteji İsraildə qəzaya düşüb. Axar.az xəbər verir ki, insident Tel-Əviv və Qüds şəhərləri arasındakı magistral yolda baş verib.
Kortejdə altı avtomobil olub. Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Onlardan birinin mühafizə xidməti, digərinin isə XİN əməkdaşı olduğu bildirilir.
İlkin məlumata görə, yol qəzasına səbəb təkərin partlaması olub. Sürücü sükana nəzarəti itirib və zəncirvarı qəza baş verib.