Baş nazir qərar imzaladı

  • By admin
  • 05 Yanvar 2023 11:02

Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Aqrar Sığorta Fondu, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti siyahıya əlavə olunub.

Gununsesi.info