Baş nazir Qarabağdan danışdı: "Biz bilməliyik ki, komromiss hansı şərtlər daxilində olacaq"

  • By admin
  • 13 Yanvar 2017 16:22
KAREN
 
“Biz bilməliyik ki, komromiss hansı şərtlər daxilində olacaq”
Ermənistanın baş naziri Karen Karapetyan  Qarabağ münaqişəsinin tənzimlənməsindəki kompromislərdən söz açıb.
Gununsesi.info erməni medisına istinadən xəbər verir ki,  cəbhə xəttində qələbə əldə etmək üçün danışıqlar prosesi məntiqlə davam etdirilməlidir.
“İndi isə danışıqların nəticəsindən danışmağa dəyməz. Kompromislərə gəldikdə  bilməliyik ki, biz  nəyi güzəştə gedirik?! Bu barədə ancaq vaxtı gələndə danışmaq olar.
Həmçinin, burada təkcə  ərazi məsələsi deyil, status və digər məsələlər də həllini tapmalıdır. Düşünürəm ki, bu problemlə bağlı  xalqın razılığı olmadan kimsə qərar qəbul edə bilməz”- deyə, baş nazir  bildirib.
Gununsesi.info