Baş nazir: Qaydaları pozmaqla Ukrayna Aİ-yə daxil ola bilməz

Hollandiyanın baş naziri Dik Şof Ukraynanın Macarıstanın veto hüququnu nəzərə almadan Avropa İttifaqına (Aİ) daxil olmasına qarşı çıxıb.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Baş nazir bildirib ki, Moldova və Ukraynanın gələcəyi Aİ-dədir, lakin qaydaların dəyişdirilməsi giriş üçün düzgün yol deyil. O, Aİ-yə üzvlüyün uzun və ciddi islahatlar prosesini tələb etdiyini vurğulayıb və Macarıstanın bloklanmasının genişlənmə prosesinə etimadı sarsıda biləcəyini qeyd edib.

Qeyd olunur ki, Hollandiya bu ideyaya qarşı çıxan azsaylı ölkələrdəndir, çünki Aİ üzvlərinin əksəriyyəti Ukraynanın üzvlük danışıqlarının başlanmasını dəstəkləyir.

Günay

Gununsesi.info