Baş nazir təyinatından 4 gün sonra İSTEFA VERDİ

  • By admin
  • 06 Fevral 2022 09:27

Perunun baş naziri Hektor Valer Pinto təyinatından 4 gün sonra istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, dövlət televiziyasında bildirib.

“İfrat sağçılarla əlaqəli olan Peru qəzetlərinin məni məğlubiyyətə uğratdığını qəbul edirəm. İttihamlar yalan məlumatlara əsaslanır. Bunun doğru olduğunu deyən adamları məhkəməyə verəcəyəm”, – baş nazir deyib.

Qeyd edək ki, Peru mətbuatında Hektor Valer Pintonun 2016-cı ildə xanımına və qızına qarşı məişət zorakılığı törətməsi ilə bağlı məlumatlar dərc olunub.

Gununsesi.info