Baş nazir Trampın telefonuna cavab vermədi

  • By admin
  • 15 Noyabr 2016 09:38

zelland

Yeni Zelandiyanın baş naziri Con Key ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın telefon zənginə cavab verməyib.

Gununsesi.info “İnterfax”a istinadən xəbər verir ki, bu haqda noyabrın 15-də yerli “NZ Herald” qəzeti məlumat yayıb.

“Mən zəng edildiyini görməmişəm”, – deyə baş nazir bildirib.

İnformasiyaya əsasən, Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 13-də Yeni Zelandiyada 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 1,5 milyard dollar məbləğində iqtisadi ziyan dəyib.

Gununsesi.info