Baş nazir üzr istədi

  • By admin
  • 20 Yanvar 2023 09:10

Baş nazir Rişi Sunak avtomobildə videomüraciət yazmaq üçün kəmərini açıb. O, bunun səhv olduğunu tam etiraf edir və üzr istəyir.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya hökuməti başçısının nümayəndəsi deyib.

Bildirilib ki, Baş nazir Rişi Sunak təhlükəsizlik kəmərini taxmadan avtomobilin arxa oturacağında oturduğu üçün üzr istəyir.

Qeyd edək ki, Baş nazir videonu Lankaşirə səfəri zamanı lentə alıb.

Gununsesi.info