Baş nazir Varadkar BMT-də Fələstin dövlətinin yaradılmasını təklif etdi – İrlandiyadan Fələstinə dəstək

  • By admin
  • 23 Sentyabr 2023 12:57

İrlandiyanın Baş naziri Leo Varadkar BMT-dəki çıxışı zamanı İsrail-Fələstin problemindən danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Varadkar ikidövlətli həllin bu münaqişənin ədalətli yolu olduğunu bildirib.

“On illərdir ki, İsrail-Fələstin probleminin ədalətli parametrlərini bilirik. Bu, 1967-ci il sərhədlərinə söykənən, İsrail dövləti ilə barışıq və təhlkükəsizlik içində yaşayan, var olmaq haqqı bütün qonşuları tərəfindən qəbul edilən, hörmətlə yanaşılan yaşaya bilən Fələstin dövlətini içinə alan həlldir”, – deyə Baş nazir söyləyib.

Varadkar bunu bir neçə dəfə təsdiq etdiklərini və hər keçən gün yaşananların iki dövlətli həlli çətinləşdirdiyi bildirib.

İrlandiyanın Baş naziri beynəlxalq ictimaiyyətin bu problemin həll edilməsində uğursuz olduğunu vurğulayıb.

“Belə olmamalıdır. İkidövlətli həll yolunu yenidən təkrarlayırıq”, – deyə İrlandiyanın Baş naziri Leo Varadkar BMT Baş Assambleyasının 778-ci Ümumi Toplantısındakı çıxışı zamanı söyləyib.

 

Tərcümə: Arzu

Gununsesi.info