Baş nazir xalqı “Yenikapı” mitinqinə səslədi

  • By admin
  • 06 Avqust 2016 13:53

Binali Yildirim Bash Bakan

 

Türkiyənin baş naziri Binali Yıldırım “Tvitter” hesabından  “Demokratiya və Şəhidlər Mitinqi” ilə bağlı ictimai paylaşma edib.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki,  baş nazir “Tvitter” üzərindən novbəti mitinqlə bağlı çağırış edərək,  xalqa belə mesaj da göndərib:  “Həmişə birlikdə “Yenikapı”da görüşək. Tək səs, tək nəfəs, tək ürək olaq”.

Baş nazir Yıldırım  paylaşmasında Prezident Sarayında  hazırlanan və üzərində mitinq iştirakçılarına ünvanlanan  şüarları da qeyd edib:  “Zəfər Demokratiyanın, Meydanlar isə millətindir”.

Gülnaz Qənbərli

Gununsesi.info