Qəzza zolağı və Livandakı münaqişələrin həlli Yaxın Şərqdə genişmiqyaslı regional müharibənin qarşısını alacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.
“Yaxın Şərqdə eskalasiyanın qarşısının alınması birbaşa Qəzza zolağına təcavüzün dayandırılması, eləcə də onun Livana yayılması ilə bağlıdır. İsrailin baş naziri Benyamin Netanyahu hökumətini cilovlamaq və onların regionun digər ölkələrinə hücum etməməsini təmin etmək lazımdır”, – deyə İraqın baş naziri bildirib.
Öz növbəsində Blinken bildirib ki, “Vaşinqton Yaxın Şərqdəki vəziyyəti “hər tərəfdən gərginləşmədən” həll etmək üçün Bağdadın köməyinə ümid edir.
Avqustun 1-də İranın ali dini lideri Əli Xamneyi Tehranda HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirilməsi barədə göstəriş verib.
Öz növbəsində Antoni Blinken İran tərəfinə vəziyyətin gərginləşməsinə səbəb ola biləcək cavab addımları atmamağı xahiş edən mesaj verib.
Afət
Gununsesi.info