Baş nazirdən dərman istifadə edənləri maraqlandıran xəbər: 10 milyon manat ayrıldı

  • By admin
  • 02 Mart 2020 10:24

Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.

Gununsesi.org-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncam “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən imzalanıb.

Maliyyə Nazirliyinə vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən (martın 2-si) qüvvəyə minir.

Gununsesi.org