Baş nazirdən Saakaşvili AÇIQLAMASI

“Heç kimə imtiyaz verilməməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı danışarkən söyləyib.

HTML tutorial

“Mən bilirəm ki, dövlət, Ədliyyə Nazirliyi onun və digər məhbusların sağlamlığının qorunması üçün hər şeyi edir ki, onların hüquqları qorunsun. Heç kimə əlavə imtiyaz verilməməlidir”, – İrakli Qaribaşvili qeyd edib.

Baş nazir Mixail Saakaşvilinin Ukrayna hakimiyyətinə mümkün ekstradisiyası ilə bağlı jurnalistlərin suallarını cavabsız qoyub.

Qeyd edək ki, Mixail Saakaşvilinin amerikalı vəkili Massimo Danqelo bu yaxınlarda bildirib ki, prokurorlar onun otağına gələndə eks-prezident özünü itirib.

“Vivamedi” klinikasının direktoru Zurab Çxaidze isə deyib ki, son günlər eks-prezidentin vəziyyəti dəyişməyib.

Gununsesi.info