Baş nazirdən sürpriz QƏRAR: Daxili işlər nazirini işdən çıxardı, yeni XİN rəhbəri təyin etdi

  • By admin
  • 13 Noyabr 2023 14:37

Fələstinə dəstək nümayişlərinə münasibəti ilə Böyük Britaniyada müzakirələrə səbəb olan daxili işlər naziri Suella Braverman tutduğu vəzifədən uzaqlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, Bravermanın Fələstin tərəfdarı nümayişlərə tolerantlıq göstərərək,  polisi “ikili standartlar”da ittiham etməsi hakim Mühafizəkarlar Partiyasında böhrana səbəb olub.

Braverman “Times” qəzetində dərc olunan məqaləsində Fələstin tərəfdarı nümayişləri “nifrət yürüşləri” adlandırıb və şənbə günü paytaxt Londonda keçirilən və ölkə tarixində ən böyük nümayişlərdən birinə çevrilən Fələstin tərəfdarı yürüşün qarşısını almağa çağırıb.

Reaksiyalara səbəb olan bu sözlərdən sonra İngiltərə baş naziri Rişi Sunak Bravermanı vəzifəsindən uzaqlaşdırıb. Hazırda xarici işlər naziri Ceyms Kleverli daxili işlər naziri təyin edilib.

Nazirlər Kabinetində dəyişikliklər edən Sunak sürpriz qərar qəbul edərək, keçmiş baş nazir David Kameronu yeni xarici işlər naziri təyin edib.

Gununsesi.info