“Baş nazirdən xahiş edirəm, buna diqqət yetirilsin” - VAHİD ƏHMƏDOV

“Qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmamasıdır. Bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir”.  

Gununsesi.info xəbər verir ki, bu fikirləri millət vəkili Vahid Əhmədov parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin məcəllə hələ də parlamentə daxil olmayıb: “Hansı ki, biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və Rəqabət Məcəlləsi Milli Məclisə daxil olsun.

Hesabatdan da göründüyü kimi, bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimlənməsi qeyri-mümkündür”.

 

Gununsesi.info