Moldova yenidən BMT-ni Rusiya ordusunu Dnestryanıdan çıxarması məsələsini müzakirə etməyə çağırır.
Gununsesi.info xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı Moldova Baş naziri Pavel Filip söyləyib.
Qeyd edək ki, avqustda eyni tələblə Moldova BMT-yə müraciət etmişdi. Moldovanın qərarı Moskvanın narazılığına səbəb olmuşdu. Rusiya Kişinyovun addımını provokasiya adlandırmışdı.
Gununsesi.info