Artur Rasizadədən kadr dəyişikliyi - Şöbə müdiri işdən çıxarıldı

  • By admin
  • 11 İyul 2016 16:50

artur-rasizade

 

Müdafiə Sənayesi Nazirliyində yeni vəzifə təyinatları olub. Gununsesi.info Nazirlər Kabinetinin rəsmi internet saytına istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatların istehsalı şöbəsinin müdiri Səlahəddin Əsgərov vəzifəsindən azad edilib. Onun yerinə nazirliyin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsindən azad edilən Vəli Fətəliyev təyin edilib.

Digər bir qərarə əsasən Rasim Tahirov Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə iyulun 5-də Baş nazir Artur Rasizadə ( http://cabmin.gov.az/?/az/pressreliz/view/1944/ ) qərar qəbul edib.

 

Gununsesi.info