Baş nazirdən qiymət artımına MÜNASİBƏT

  • By admin
  • 16 Mart 2021 17:36

Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə illik fəaliyyətinə dair hesabatının müzakirəsi zaman deputatlar tərəfindən qaldırılan qiymət bahalaşmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Baş nazirin sözlərinə görə, Azərbaycan hökuməti bu məsələni daim nəzarətdə saxlayır və bu məsələ ilə məşğul olur.

O qeyd edib ki, gündəlik olaraq Antiinhisar Agentliyi qiymətlərlə bağlı monitorinq aparır: “Bir çox hallarda bizdən asılı olmayan məsələlər var. Bizim ticarət tərəfdaşlarımız olan ölkələrdə qiymətlərdə dəyişiklik olanda biz buna təsir göstərə bilmirik. Yanacağın qiymətinin dəyişməsinə görə bahalşmaya gəlincə isə bununla bağlı fermerlərə, ictimai nəqliyyata çalışan sahibkarlara subsdiyalar verilib”.

Gununsesi.info