Baş nazirin arvadı meşə sahəsi aldı

  • By admin
  • 30 Yanvar 2022 12:18

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin həyat yoldaşı Nunu Tamazvili Borjomi bələdiyyəsinin Bakuriani qəsəbəsi ərazisində meşə sahəsi əldə edib.

Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, bu barədə yayılan məlumatı Borjomi Sakrebulosunun sədri Davit Zaalişvili də təsdiq edib.

O, ərazinin elektron auksion vasitəsi ilə satıldığını bildirib:

“Sözügedən torpaq sahəsinin 49 illik icarəyə verilməsi barəsində 2021-ci ilin 17 dekabr tarixində elektron auksion elan edilib. İstənilən vətəndaşın bu auksiona qatılmaq imkanı olub. Yekunda auksionda Nunu Tamazaşvili qalib gəlib və ona 5958 kvadrat metr ərazi 49 illik icarəyə verilib. Bir daha tam məsuliyyətlə demək istəyirəm ki, elektron auksion tam şəkildə şəffaf və qanunun qorunması ilə baş tutub. İstənilən Gürcüstan vətəndaşı bu auksionda iştirak edə bilərdi”, – deyə Borjomi Sakrebulosunun rəhbəri Davit Zaalişvili əlavə edib.

Gununsesi.info